Litva XİN rəhbəri: “Dondurulmuş aktivlər və Ukraynanın Aİ perspektivi Avropanın danışıqlara giriş bileti ola bilər” - ÖZƏL

Litvanın xarici işlər naziri Kestyutis Budris hesab edir ki, Avropa ölkələri dondurulmuş Rusiya aktivləri məsələsini və Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyünü danışıqlar masasında yer əldə etmək üçün alət kimi istifadə etməlidirlər.

Olaylar xəbər verir ki, Budris "Bloomberg"-ə müsahibəsində bildirib ki, Avropa üçün əsas prioritet danışıqlarda iştirak imkanı qazanmaqdır.

Budrisin sözlərinə görə, Aİ-nin dialoqdan kənarda qalması problemdir və Brüsselin öz maraqlarını qoruması üçün "rəqleverə" ehtiyac var. Nazir vurğulayıb ki, məhz dondurulmuş aktivlər və Ukraynanın Aİ-yə inteqrasiya perspektivi Avropaya danışıqlara çıxış imkanı yarada bilər.

"Bizə o masa üçün bilet lazımdır... Bu elementləri təsir vasitəsinə çevirmək lazımdır", - Litvanın XİN başçısı qeyd edib.

Daha əvvəl Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən istifadəsi məsələsinin, ABŞ-ın Ukrayna ilə bağlı planı ətrafında gedən müzakirələr fonunda, "daha da aktuallaşdığını" açıqlamışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31