Orban: “Aİ Ukrayna münaqişəsinin davamını istəyir, amma Kiyev üçün pulu qalmayıb” - ÖZƏL
18:34 DünyaMacarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqına üzv ölkələr Ukraynada münaqişənin davam etməsini istəyirlər, lakin Kiyevə dəstək üçün artıq onların maliyyə resursları tükənib.
Olaylar xəbər verir ki,onun sözlərinə görə, Aİ-nin bu vəsaiti haradan əldə edəcəyi barədə "heç bir təsəvvürü yoxdur".
"Avropa İttifaqı müharibənin davamını istəyir, amma Ukraynaya hərbi texnika göndərmək üçün də, Ukraynanın fəaliyyətinin maliyyələşdirilməsi üçün də bir qəpik belə vəsaiti yoxdur", - Orban sosial şəbəkələrdə paylaşdığı videomüraciətdə bildirib.
Bundan əvvəl Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən istifadəsi məsələsinin "daha aktual" olduğunu bəyan etmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31