Merts: “Növbəti addımı Rusiya atmalıdır” - ÖZƏL
18:12 DünyaAlmaniya kansleri Fridrix Merts bildirib ki, sülh planı çərçivəsində növbəti addım Moskva tərəfindən atılmalıdır.
"Rusiya danışıqlar masasına əyləşməlidir. Əgər bu mümkün olarsa, o zaman bütün səylər özünü doğrultmuş sayılacaq", - deyə Olaylar kanslerin sözlərini sitat gətirir.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Luandada Ukrayna ilə bağlı keçirilən qeyri-rəsmi Avropa İttifaqı sammitindən sonra bəyan etmişdi ki, Aİ liderləri ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı planının bir sıra bəndlərini qəbuledilməz hesab edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31