İstanbulda DƏHŞƏT: Parkda oynayan 4 uşağı tok vurdu

İstanbulun mərkəzi küçələrindən birində dəhşətli hadisə yaşanıb. 

Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağçılar rayonundakı Pleven parkında attraksionlarda əylənən dörd uşağı elektrik cərəyanı vurub.

Hadisədən dərhal sonra onlar müalicə üçün xəstəxanaya aparılıblar. İlkin məlumatlara görə, uşaqların vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31