Çarli Kirkin qətlinin arxasında Fransa dayanır - ŞOK İDDİA
16:45 Dünya"Telegram" messencerinin qurucusu Pavel Durov və tanınmış amerikalı jurnalist Kendis Ouens Fransanın amerikalı siyasətçi Çarli Kirkin ölümündə iştirakı olduğunu iddia ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə onlar sosial şəbəkə "X"də status paylaşıblar.
Kendis Ouens onunla Fransa hökumətinin nümayəndəsinin əlaqə saxladığını və prezident Emmanuel Makronla birinci xanım Bricit Makronun onu "aradan götürmək" barədə göstəriş verdiyini iddia edib. Ouenes həmçinin Fransanın Çarli Kirkın qətlinə də bağlı olduğunu irəli sürüb.
Bu paylaşımı "Telegram"ın qurucusu Pavel Durov öz "X" hesabında təkrar yayıb və iddiaları "inandırıcı" adlandırıb. O qeyd edib ki, Kirk vaxtilə Makron hökumətini kəskin tənqid edir, hətta Fransaya qarşı 300 faiz tarif tətbiq olunmasına çağırırdı.
Qeyd edək ki, həm Kendis Ouens, həm də Pavel Durov uzun müddətdir Fransa hakimiyyəti ilə qarşıdurma yaşayır. 2024-cü ildə Fransa hakimiyyəti Durovu Parisdə saxlayıb və platformanın qanunsuz fəaliyyətlərə - qeyri-qanuni ödənişlərə, uşaq zorakılığı təsvirlərinin yayılmasına və digər cinayət xarakterli kontentə şərait yaratmaqda iştirakda ittiham edərək rəsmi araşdırma başladıb.
Makronlar isə bu ilin iyulunda Ouensə qarşı məhkəmə iddiası qaldıraraq onun Bricit Makronun guya kişi kimi dünyaya gəldiyi barədə iddialarının reputasiyaya zərər vurduğunu bildiriblər.
Fransa tərəfi irəli sürülən ittihamlarla bağlı hər hansı açıqlama verməyib. (Musavat.com)