Astana Kiyevlə Qazaxıstandan xammal daşıyan obyektlərə hücumları müzakirə edir- ÖZƏL

Astana diplomatik kanallar vasitəsilə Ukraynaya Qazaxıstandan Rusiyaya xammal daşıyan obyektlərə dron hücumları ilə bağlı narahatlığını çatdırır. Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə məlumat verib. O bildirib ki, ölkə Ukrayna tərəfi ilə bu məsələni daimi əlaqədə müzakirə edir və narahatlıqlarını daim çatdırır. "Ukrayna səfiri burada mövcuddur və hadisələrdən xəbərdardır. Daha ətraflı məsələlərlə artıq enerji naziri və "Kazmunayqaz" şirkətinin müvafiq mütəxəssisləri məşğuldur. Diplomatik baxımdan lazım olan bütün addımlar atılıb, bundan sonra isə texniki məsələlərdir", - deyə Smadiyarov qeyd edib.
O həmçinin əlavə edib ki, oktyabr və noyabr aylarında, o cümlədən Orenburq və Novorossiysk ərazilərində baş verən son insidentlər barədə məlumatlar da mütləq Ukrayna tərəfinə çatdırılır. Qazaxıstan bu addımı ilə enerji infrastrukturunun təhlükəsizliyinə və xammal tədarükünün dayanıqlılığına diqqət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31