Moskva aeroportunda uçuşlar bərpa olunub
16:12 DünyaRusiyada Moskvanın Şermetyevo hava limanında hava gəmilərinin qəbulu və göndərişinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artyom Korenyako öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, öncə qəbul olunmuş məhdudiyyətlər hava gəmilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul olunmuşdu.
Qeyd edilir ki, daha əvvəl Moskvanın meri Sergey Sobyanin, hava hücumlarından müdafiə qüvvələrinin paytaxta yaxınlaşan pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31