Trampdan SON DƏQİQƏ Rusiya-Ukrayna açıqlaması - İNANMAYIN!
15:40 DünyaABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə paylaşım edərək Rusiya və Ukrayna arasında "əhəmiyyətli irəliləyiş" barədə xəbərlərə hələ inanmağa dəymədiyini bildirib.
Olaylar.az xəbər verir ki, Trampın sözlərinə görə, "belə xəbərlərə yalnız öz gözünüzlə gördükdə inanmaq olar".
Bununla belə, o, ehtimalı tam istisna etməyərək əlavə edib ki, "bəlkə də doğrudan da nəsə yaxşı bir proses baş verir".
Xatırladaq ki, bir gün öncə Donald Tramp həm Ukrayna rəhbərliyini, həm də Avropa ölkələrini onun təklif etdiyi sülh planına müqavimət göstərməkdə sərt tənqid etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31