Avstraliyanın ifrat sağçı senatoru Parlamentdə burka geyinərək qalmaqal yaradıb – ÖZƏL
14:45 DünyaOlaylar.az xəbər verir ki, Avstraliyanın ifrat sağçı senatoru Polin Hanson ölkədə müsəlman geyiminin ictimai yerlərdə qadağan edilməsi tələbini dəstəkləmək üçün bazar ertəsi günü (tədbirin keçirildiyi gün) Parlamentə burka geyinərək gəlib. Reuters-in məlumatına görə, bu "tryuk" müsəlman senatorlar tərəfindən irqçilikdə ittihamlara səbəb olub.
Hanson, Avstraliyanın ictimai yerlərində burka və digər üzü tamamilə örtən geyimlərin qadağan edilməsi haqqında qanun layihəsini təqdim etmək üçün icazə ala bilmədikdən qısa müddət sonra burkanı geyinib.
Bu, Hansonun burkanın ictimai yerlərdə qadağan edilməsi məqsədilə Parlamentdə belə bir baş örtüyündən istifadə etdiyi ikinci hal idi. Hansonun Senatdakı bu davranışı müsəlman həmkarlarının qəzəbinə səbəb olub və ondan iclası tərk etməsi tələb edilib.
Senator Hanson getməkdən imtina etdikdən sonra Senatdakı dinləmələr dayandırılıb.
Kvinslend ştatından olan senator Hanson ilk dəfə 1990-cı illərdə Asiyadan olan immiqrantlara və sığınacaq axtaranlara qarşı sərt mövqeyi ilə tanınıb və bütün parlament karyerası boyu İslami geyimə qarşı çıxış edib. O, ilk dəfə 2017-ci ildə də ümummilli qadağa tələbi ilə Parlamentdə burka geyinmişdi.