Tbilisi meri: ABŞ və Aİ Gürcüstanın maraqlarını qoruyacaq deyillər- ÖZƏL
14:14 DünyaTbilisinin meri və hakim partiyanın "Gürcü Arzusu -Demokratik Gürcüstan"ın baş katibi Kaxa Kaladze bildirib ki, heç bir Avropa və ya Amerika ölkəsi Gürcüstanda öz maraqlarımızı qorumağa gəlməyəcək, yalnız gürcülər öz xalqının və ölkələrinin maraqlarını müdafiə edə bilər. Olaylar.az xəbər verir ki, Kaladze jurnalistlərə açıqlamasında deyib: "Bir daha vurğulayıram ki, heç kəs düşünməsin ki, Avropa və ya Amerika ölkələri bizim maraqlarımızı qorumaq üçün bizə gələcək. Hər kəsin öz maraqları var və hər kəs yalnız öz ölkəsini düşünür. Biz, gürcülər, ilk növbədə öz ölkəmiz, xalqımız və gələcəyimiz haqqında düşünməliyik."
O, həmçinin xatırladıb ki, Qərb ölkələri Gürcüstan hakimiyyətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırmış, bununla bağlı Avropa Parlamenti çoxsaylı qətnamələr qəbul etmişdir. "Xatırlayırsınız ki, biz tənqid olunmuşuq, birbaşa təhdidlər almışıq, sanksiyaları tətbiq etməyə çağırılmışıq, bu isə ölkəmizə, iqtisadiyyatımıza və xalqımıza zərər verə bilərdi. Amma onlar - Qərb ölkələri bu vəziyyətdən öz maraqları üçün istifadə etdilər. Bu, adi ikili standartlardır. Hər kəs öz maraqları əsasında hərəkət edir," - deyə Kaladze əlavə edib.