Suren Papikyandan sərsəm iddia ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan 2021-2022-ci illərdə Azərbaycan tərəfindən "okkupasiya edildiyini" iddia etdiyi ərazilərin geri qaytarılması üçün imkan gördüyünü bildirib. Nazirin sözlərinə görə, problem delimitasiya və demarkasiya yolu ilə həll olunmalıdır.

Papikyan jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyanın "Ermənistanın Azərbaycanın təqribən 110 kv. km ərazisini nəzarətdə saxladığı" barədə dediklərini şərh etməkdən imtina edib. O, bu məsələnin hər iki ölkənin delimitasiya komissiyalarına aid olduğunu vurğulayıb.

Ermənistan rəhbərliyi, o cümlədən Baş nazir Nikol Paşinyan dəfələrlə bildirib ki, ərazilərin geri qaytarılmasını hərbi yolla hədəfləmirlər. Rəsmi İrəvan hesab edir ki, bu məsələ delimitasiya prosesində həllini tapacaq.

Erməni tərəfi iddia edir ki, 2021-2022-ci illərdə baş vermiş bir neçə "aqressiya aktı" nəticəsində Azərbaycan Sünik və Geqarkunik bölgələrində ümumilikdə təqribən 250 kv. km əraziyə nəzarət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31