Ukrayna ABŞ-dan 10 illik təhlükəsizlik zəmanəti aldı
12:35 DünyaUkrayna ABŞ-dan iki layihə sənədi alıb - "28 maddəlik plan" və təhlükəsizlik zəmanətləri haqqında müqavilə.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, "RBC-Ukrayna"nın məlumatına görə, sənədlərdən biri olan təhlükəsizlik zəmanətləri haqqında çərçivə müqaviləsi NATO nizamnaməsinin 5-ci maddəsinə bənzər şəkildə hazırlanıb. Orada Rusiyanın daha da təcavüzü halında ABŞ prezidentinin silahlı qüvvələrdən istifadə edə biləcəyi, eləcə də zəruri hesab edildiyi təqdirdə kəşfiyyat, logistika, iqtisadi və diplomatik dəstək göstərə biləcəyi nəzərdə tutulur.
Bundan əlavə, sənəddə əsas NATO ölkələri - Fransa, Böyük Britaniya, Almaniya, Polşa və Finlandiya - öz hərəkətlərini ABŞ ilə əlaqələndirəcəkləri qeyd olunur. Saziş on il müddətinə və uzadılma ehtimalı ilə nəzərdə tutulub.
Mənbələrə görə, hər iki layihə - "28 maddəlik plan" və zəmanətlər haqqında müqavilə - hələlik yekun deyil və yenidən baxıla bilər. Bu məsələlər üzrə danışıqlar davam edir. (Musavat.com)