ABŞ-dən Kiyevə sərt ultimatum: Sülh planını qəbul etməsə,… – ÖZƏL
12:10 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin rəsmi nümayəndəsi ABC News-a verdiyi məlumata görə, Vaşinqton nümayəndə heyəti Cenevrə danışıqlarından sonra Rusiyanın nümayəndə heyəti ilə ayrıca görüş keçirməyi planlaşdırır.
Eyni zamanda, ABC News-a yaxın yüksək rütbəli ukraynalı məmur bildirib ki, ABŞ Kiyevə təklif edilən sülh sazişinə razılaşmasa, bütün hərbi yardımın tamamilə kəsiləcəyi ilə bağlı ultimatum verib.
Bu kəsilməyə hava hücumundan müdafiə raketlərinin tədarükü, kəşfiyyat məlumatlarının mübadiləsi və digər bütün silah təchizatı öhdəlikləri daxildir.
Ultimatum, noyabrın 23-də Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndə heyətlərinin iştirakı ilə keçirilən və hər iki planın Ukrayna üçün böyük güzəştlər və ərazi itkiləri nəzərdə tutduğu barədə xəbərlərin yayıldığı danışıqlardan sonra verilib.