Makron Fransada könüllü hərbi xidmət tətbiq etməyə hazırlaşır - KİV
24 Noyabr 11:26 DünyaFransa Prezidenti Emmanuel Makron ölkəsində könüllü hərbi xidmətin tətbiqini elan etməyə hazırlaşır.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Makronun yeni qanunu noyabrın 27-də elan etməsi gözlənilir.
"Bizim yaşadığımız dünyada - qeyri-müəyyənliklərlə və artan gərginliklə dolu bir mühitdə - əgər doğrudan da təhlükəsiz olmaq istəyiriksə, başqalarını da müdaxilədən çəkindirməliyik... Fransa güclü orduya malik dövlət olaraq qalmalıdır, həmçinin birgə fəaliyyət göstərmək qabiliyyətinə də sahib olmalıdır", - deyə Makron CAR-da keçirilən G20 sammitində bildirmişdi. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31