Qazaxıstanın 4 şəhərində destruktiv dini cərəyanların 6 üzvü həbs edilib – ÖZƏL
11:04 DünyaQazaxıstanın Almatı, Aktobe, Koneyev və Çimkənd şəhərlərində destruktiv dini cərəyanların altı tərəfdarı terrorizmi təbliğ etdiyi üçün saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
Milli Təhlükəsizlik Komitəsinin (MTK) məlumatına görə, saxlanılan şəxslər dini zəmində zorakı hərəkətlərə çağırışlar yayıb və dövlətin dünyəvi quruluşuna qarşı çıxış ediblər. Təbliğat işi, o cümlədən, sosial şəbəkələr vasitəsilə aparılıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı odlu və soyuq silahlar, eləcə də çoxlu dini kitablar aşkarlanıb.
Məhkəmə onların həbsi barədə qərar çıxarıb. İstintaqın təfərrüatları Qazaxıstanın Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq açıqlanmır.
Bu hadisədən başqa, noyabrın 3-də Aktyubinsk vilayətinin bir sakini terror fəaliyyətinə çağırışlar edən materialları yaydığı üçün 7 il azadlıqdan məhrum edilib. Höküm qüvvəyə minib.
MTK-nın məlumatına görə, 2025-ci ilin əvvəlindən terrorizm və ekstremizmlə bağlı işlər üzrə 83 nəfər saxlanılıb, 97 nəfər isə məhkum edilib.