Stubb: ABŞ–Ukrayna danışıqlarından sonra hələ də vacib məsələlər açıq qalır- ÖZƏL
11:04 DünyaABŞ və Ukrayna arasında Cenevrədə keçirilən danışıqlardan sonra bir sıra mühüm məsələlər həll olunmamış qalmaqdadır. Olaylar.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksander Stubb X sosial şəbəkəsində yazıb. O bildirib ki, bu gün səhər Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb və tərəflər arasında əldə olunan irəliləyişi alqışlayıb.
"Danışıqlar mühüm addım olsa da, hələ də açıq qalan vacib məsələlər var. Avropa İttifaqı və NATO-nun səlahiyyətlərinə aid olan istənilən qərar isə həmin qurumların üzv dövlətləri tərəfindən ayrıca müzakirə ediləcək və həll olunacaq",-Stubb qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31