Türkiyədə dəhşətli qəza - ÖLƏN VƏ YARALANANLAR VAR
24 Noyabr 2025 10:28 DünyaTürkiyənin Dənizli bölgəsində bu gün səhər saatlarında mikroavtobusla şəhərlərarası sərnişin avtobusu arasında ciddi qəza baş verib.
Olaylar.az Türkiyə mediasına istinadən xəbər verir ki, toqquşmadan sonra mikroavtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin avtobusunun sürücüsü həyatını itirib, ümumilikdə 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza yerinə dərhal təcili yardım və polis qrupları göndərilib. Yaralılar yerindəcə müayinə olunub, daha sonra isə təcili tibbi yardım vasitəsilə yaxın xəstəxanalara aparılıb.
Hadisənin səbəblərinin müəyyən edilməsi üçün araşdırma davam etdirilir. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31