Kreml: Putin Hindistana səfərə hazırlaşır – Dekabrın əvvəlində keçiriləcək- ÖZƏL

Kreml Vladimir Putinin Hindistana gözlənilən səfəri ilə bağlı Moskva və Nyu-Dehlinin fəal hazırlıq apardığını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, səfərin tarixi artıq razılaşdırılıb və tərəflər tərəfindən rəsmi olaraq yaxın günlərdə elan olunacaq.
"Biz və hindistanlı tərəfdaşlarımız səfərə aktiv şəkildə hazırlaşırıq və ümid edirik ki, bu görüş bütün mənalarda məhsuldar olacaq. Tarixlər uzlaşdırılıb. Rəsmi açıqlamanı Hindistan tərəfi ilə birlikdə verəcəyik, amma deyə bilərəm ki, söhbət dekabrın əvvəlindən gedir," - Uşakov bildirib.
Prezident köməkçisi səfərin əsas əhəmiyyətini də vurğulayıb: "Ən vacibi odur ki, bu vizit Rusiya prezidenti və Hindistanın baş naziri arasında hər il keçirilən, ikitərəfli məsələlər və beynəlxalq gündəmlə bağlı ətraflı müzakirələr üçün nəzərdə tutulan formatın davamıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31