ABŞ-da Hökumətin Effektivliyi Ofisi ləğv edildi- ÖZƏL

ABŞ-da İlon Maskın kuratorluğunda yaradılan Hökumətin Effektivliyi Ofisi (DOGE) səlahiyyət müddətinin başa çatmasına səkkiz ay qalmış ləğv edilib. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi hökumətin Kadrların İdarə Olunması Ofisinin (OPM) rəhbəri Skott Kupora istinadən məlumat yayıb.
Kupor agentliyə açıqlamasında "Belə bir qurum artıq mövcud deyil", - deyə bildirib və DOGE-nin bundan sonra "mərkəzləşdirilmiş struktur" sayılmadığını vurğulayıb.
Reuters-in araşdırmasına görə, ləğv edilən qurumun bir çox funksiyası OPM tərəfindən öz üzərinə götürülüb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp andiçməsindən qısa müddət sonra bürokratiyanın azaldılması və dövlət idarəçiliyinin optimallaşdırılması məqsədilə geniş tədbirlər paketini elan etmişdi. Həmin çərçivədə o, İlon Mask-a hökumətin effektivliyini artırmalı olan bu ofisin fəaliyyətinə nəzarət tapşırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31