Gözləməyin, cənab Tramp - Puşkov
24 Noyabr 2025 06:34 DünyaRusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov ABŞ Prezidenti Donald Trampın Ukraynanı xilas etmək səylərinə görə Kiyevdən minnətdarlıq gözləməsinin əbəs olduğunu bildirib.
O, bunu Teleqram kanalında yazıb.
Senator qeyd edib ki, Bayden administrasiyası və Avropa Birliyi liderləri sayəsində Ukrayna özünü daim maliyyələşdirilməsi, silahlandırılması və dəstəklənməsi lazım olan tərəf kimi təqdim edir.
Puşkovun sözlərinə görə, Ukrayna hazırkı rəhbərliyinin qərarları nəticəsində daha güclü Rusiya ilə müharibəyə girib və Trampın fikrincə, belə bir qarşıdurmaya başlamamalı idi.
O hesab edir ki, Kiyev müharibəni uduzduğunu anlayır və indi çıxış yolu gözləyir, lakin Trampın bu yükü üzərinə götürmək niyyəti yoxdur.
"Tramp Kiyevdən minnətdarlıq gözləyir? Bu hiss orada yoxdur, cənab Prezident", - Puşkov sosial şəbəkə paylaşımında bildirib.