Təhlükəsizlik zəmanətləri hələ müzakirə olunmalıdır - Rubio

Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi hələ də müzakirə olunmalıdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Cenevrədə Amerika və Ukrayna nümayəndə heyətlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Konkret müddəalara gəldikdə, hazırda üzərində iş aparılan məsələlərin təfərrüatlarını müzakirə etməyəcəyəm", - deyə o, bu cür zəmanətlərlə bağlı suala cavab olaraq bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31