Umerovdan Cenevrə görüşü ilə bağlı PAYLAŞIM - İlkin nəticələr AÇIQLANDI
23 Noyabr 20:08 DünyaUkrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planı üzərində işlərin son mərhələyə daxil olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bunu öz Telegram kanalında Ukrayna nümayəndə heyətinin Cenevrədəki görüşlərinin ilkin nəticələrindən sonra yazıb.
"Sənədin hazırkı variantı, təsdiqlənmənin son mərhələsində olsa da, artıq Ukraynanın əsas prioritetlərinin əksəriyyətini əks etdirir. Biz ABŞ-la konstruktiv əməkdaşlığı və onların şərhlərimizə diqqətlə yanaşmasını yüksək qiymətləndiririk. Bu, bizə birgə prosesdə irəliləməyə imkan verir. Biz bu gün daha da irəliləyiş gözləyirik", - Umerov paylaşımında bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31