“Titanik” faciəsinin simvolu olan saat milyonlarla dollara satıldı
23 Noyabr 18:59 DünyaAysberqə çırpılaraq batan "Titanik"də həyatını itirən məşhur cütlüyə İsidora və İda Ştrauslara məxsus qol saatı rekord qiymətə hərracdan satılıb.
Milli.Az xəbər verir ki, "Henry Aldridge and Son" auksion evi tərəfindən təşkil olunan satışda tarixi saat 2,33 milyon dollara alıcı tapıb.
Ştraus cütlüyünün faciə dolu hekayəsi Ceyms Kemeronun "Titanik" filmində də canlandırılıb. Kino lentində onların batmaqda olan gəmidə yanaşı oturaraq son anlarını birlikdə keçirdiyi təsvir olunur və bu səhnə illərdir tamaşaçıların yaddaşından silinmir.
Saatın satıldığı məbləğ "Titanik"dən qalan şəxsi əşyalar arasında ən yüksək qiymətlərdən biri kimi qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31