Rusiya hərbi gücü və səfərbərlik imkanlarında Aİ ölkələrini geridə qoyur - ÖZƏL

Avropa İttifaqına üzv ölkələr ordunun atəş gücü və səfərbərlik imkanları baxımından Rusiyadan geri qalır.

Olaylar xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, məhz bu göstəricilər üzrə Rusiya həlledici üstünlüyə malikdir.

"Rusiya kütlə, atəş gücü və səfərbərlik imkanları baxımından həlledici üstünlüyə sahibdir," - deyə məqalədə vurğulanır.

Qeyd olunur ki, bundan əvvəl "Financial Times" qəzeti Avropa İttifaqının müharibə vəziyyətində texnikanın qitə üzrə sürətli daşınmasını təmin edəcək plan üzərində işlədiyini yazmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31