Şoyqunun qızıın kriminal oliqarxlarla ŞOK ƏLAQƏLƏRİ üzə çıxdı
18:58 DünyaEstoniyada fəaliyyət göstərən bir sıra iş adamlarının Rusiyanın müdafiə sənayesi və oliqarx dairələri ilə iqtisadi əlaqələri ifşa olunub.
Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, "The Insider" araşdırma qrupu Estoniyada qeydiyyatdan keçmiş bir sıra şirkətlərin Rusiya hökumətinə yaxın şəxslərlə - o cümlədən Müdafiə naziri Sergey Şoyqunun qızı Ksenya Şoyqu, eləcə də sualtı gəmi istehsalçıları və sanksiya altında olan oliqarxlarla əməkdaşlıq etdiyini müəyyən edib.
Araşdırmaya görə, "Atlas Chain" adlı logistika və IT şirkəti 2024-cü ildə 2,4 milyard rubl gəlir əldə edib və onun 40 faizi "Kapital Perform" MMC vasitəsilə Ksenya Şoyquya məxsus olub. Bu fakt Estoniya hökumətinin Rusiyanı "terrorçu rejim" elan etməsinə baxmayaraq, ölkə biznes dairələrinin hələ də Rusiya ilə sıx iqtisadi əlaqələr saxladığını göstərir.
Mənbənin məlumatına görə, Estoniyalı sahibkarlar həmçinin Rusiya Dəmir Yolları (RZD), "Admiralteyskie Verfi" və digər hərbi-sənaye müəssisələri ilə müqavilələr bağlayıblar. Bəzi şirkətlər Rusiya ordusunun dəniz texnologiyaları və infrastruktur layihələri üçün təchizat həyata keçirib.
Araşdırmada adı çəkilən şəxslərdən biri - Dmitri Rootsi - hətta həbsdə olduğu müddətdə belə telefon vasitəsilə biznes əlaqələrini davam etdirmişdir.
Məqalədə qeyd olunur ki, bu əlaqələr Estoniyanın sanksiya siyasətinə və ictimai bəyanatlarına ziddir, lakin bəzi şirkətlər məxfi vasitəçilər və ofşor strukturlar üzərindən fəaliyyətlərini gizlətməyi bacarıblar.
"The Insider" yazır ki, nəticə etibarilə Estoniyada bir sıra biznes qrupları "Rusiya ilə iqtisadi əlaqələrdən mənfəət əldə etməyə davam edir" və bu, Baltik regionunda maliyyə nəzarətinin real effektivliyinə dair ciddi suallar doğurur.