Günəşdə ardıcıl partlayışlar oldu
16 Oktyabr 18:10 DünyaÖtən gecə Günəşdə M güc sinfinə aid üç partlayış baş verib.
Olaylar.az xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, oktyabrın 16-da Moskva vaxtı ilə saat 01:28-də M2.7 (51 dəq), 02:45-də M2.4 (15 dəq) və 03:28-də M1.1 (7 dəq) partlayışlar qeydə alınıb. Hər üçü eyni Günəş ləkələri qrupunda olub.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. A sinfi ən zəif, X isə ən güclü partlayışları göstərir. Partlayışlar Günəş plazmasının emissiyaları ilə müşayiət olunur və bu buludlar Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31