Gürcüstan ATƏT-ə etiraz notası GÖNDƏRDİ
16 Oktyabr 15:14 DünyaGürcüstan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin hərəkətlərinə görə təşkilata etiraz edib.
Olaylar.az xəbər verir ki, nazirlik bununla bağlı ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası göndərib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, buna səbəb ATƏT-in fəaliyyətdə olan sədrinin Gürcüstana səfəri zamanı hökumət əleyhinə olan fəalların kiçik bir qrupunun təşkil etdiyi küçə etirazına qoşulması olub.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi Valtoneni 14 oktyabr tarixində etiraz aksiyası zamanı yolu qanunsuz bağladığına görə 5 min lari (1,8 min dollardan çox) cərimələyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31