ABŞ hökumətinə aid şəbəkələr kiberhücuma məruz qalıb

ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi (CISA) Amerikanın "F5" şirkətinin proqram təminatında aşkarlanan boşluqlar səbəbindən adı açıqlanmayan xarici dövlətlə əlaqəli hakerlərin ABŞ-nin federal hökumət qurumlarının şəbəkələrinə giriş əldə etdiyini müəyyən edib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Agentliyin bildirdiyinə görə, xarici dövlətlə əlaqəsi olan kibercinayətkarlar "F5" şirkətinin daxili sistemini sındıraraq şirkətin proqramlaşdırma mühitinə və məlumat kitabxanasına uzunmüddətli giriş əldə edib.

Bunun nəticəsində federal qurumlar tərəfindən istifadə olunan "F5" məhsulları vasitəsilə hakerlər daxili sistemlərin hesab məlumatlarını və təhlükəsizlik açarlarını ələ keçirərək məxfi informasiyaya çıxış imkanı qazanıblar. "CISA" bu səbəbdən hökumət qurumlarından yaranmış boşluğu aradan qaldıracaq yeniləmələri ən geci 22 oktyabra qədər quraşdırmağı tələb edib. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31