Ukrayna hücuma hazırlaşır - Tramp

Ukrayna döyüş meydanında hücuma hazırlaşır. Olaylar.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Tramp bunu ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patellə birgə mətbuat konfransında müxbirin sualına cavab olaraq açıqlayıb. ABŞ-ın "Tomaqavk" raketlərindən başqa Ukraynaya hər hansı başqa silah ötürmək fikrində olub-olmaması ilə bağlı suala Tramp "başqa variantları" araşdırdığını bildirib: "Mən bununla bağlı qərar verməliyəm".

Amerika liderinin sözlərinə görə, o, Ukrayna böhranını oktyabrın 17-də prezident Vladimir Zelenski ilə gözlənilən görüşündə müzakirə etmək niyyətindədir. Tramp konkret nəyin müzakirə olunacağını açıqlamayıb, sadəcə, "onlar hücuma keçmək istəyirlər"deyib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31