Lukaşenko dekabrda MDB liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək - ÖZƏL
10 Oktyabr 2025 15:10 DünyaBelarus prezidenti Aleksandr Lukaşenko dekabr ayında keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyinə açıqlamasında Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib. Onun sözlərinə görə, Aleksandr Lukaşenko dəvət aldıqdan sonra mütləq toplantıda iştirak edəcək:
"Bu, artıq illərdir davam edən bir ənənədir. Dəvət gələn kimi, biz mütləq onu qəbul edəcəyik", - deyə Eysmont bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında həmkarlarını ilin sonunda Sankt-Peterburqda baş tutacaq qeyri-rəsmi sammitə dəvət edib.
MDB-nin liderlərinin dekabr görüşü ənənəvi olaraq ilin yekunlarını müzakirə etmək və gələn il üçün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyır.