Tramp Nobel Sülh Mükafatını o ALDI
14:00 Dünya2025-ci il üçün Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya təqdim edilib.
Olaylar.az xəbər verir ki, Norveç Nobel Komitəsi siyasətçini "Venesuela xalqının demokratik hüquqlarının təşviqi və ölkədə diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə" təltif edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp yalnız özünün "dünyada səkkiz müharibəni dayandıra bilən yeganə şəxs" olduğunu bildirib.
O, Nobel Sülh Mükafatını almaq şansını şərh edərkən deyib:
"Tarixdə heç kim doqquz ay ərzində səkkiz müharibəni dayandıra bilməyib, amma mən dayandırdım. Belə bir şey əvvəllər olmayıb...", - Tramp jurnalistlərə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31