Zelenski: 450-dən çox dron və onlarla raketlə kritik infrastruktur hədəf alınıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında bildirib ki, ölkənin kritik infrastrukturu hədəf alan "kinli və düşünülmüş" hücumda 450-dən çox dron və üç ondan artıq raket iştirak edib.

Zelenskinin sözlərinə görə, hücum nəticəsində hazırda 20-dən çox yaralı var və bir nəfər həlak olub (Zaporojyedə uşaq).

Prezidentin verdiyi məlumata əsasən, Kiyevdə elektrik və su təchizatı bərpa olunur. Kiyev, Donetsk, Çerniqov, Çerkassı, Xarkov, Sumı, Poltava, Odessa və Dnepropetrovsk vilayətlərində elektrik enerjisi kəsilib. Zaporojye, Kirovoqrad və Xerson da hücumdan sonra bərpa işləri aparılan ərazilər sırasındadır.

Zelenski qeyd edib ki, mülki infrastruktur Rusiya hərbçiləri üçün əsas hədəf olaraq qalır. O, ABŞ, Aİ və "Böyük Yeddilik"dən Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi kimi qətiyyətli addımlar tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31