Rutte: NATO oktyabrın 13-də nüvə qarşısının alınması təlimlərinə başlayacaq - ÖZƏL
10 Oktyabr 2025 12:46 DünyaNATO oktyabrın 13-dən "Steadfast Noon" adlı illik nüvə qarşısının alınması təlimlərinə başlayacaq. Olaylar.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rutte məlumat verib.
"Oktyabrın 13-dən NATO öz illik nüvə qarşısının alınması təlimlərini keçirəcək", - deyə Rutte bildirib. O əlavə edib ki, təlimlər zamanı real nüvə sursatlarından istifadə nəzərdə tutulmur. Hava qüvvələrinin iştirakı ilə keçirilən bu təlimlər NATO-nun həm nüvə silahına malik, həm də malik olmayan üzv ölkələrinin aviasiyasını əhatə edir. Təlimlərin əsas məqsədi isə Rusiya istiqamətində mümkün nüvə zərbələrinin simulyasiyası üzrə manevrləri və əməliyyat planlarını sınaqdan keçirməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31