İspaniya NATO-ya sadiqliyini bir daha təsdiqlədi - ÖZƏL
10 Oktyabr 2025 11:47 DünyaABŞ prezidenti Donald Trampın İspaniyanın NATO-dan çıxarılması ilə bağlı fikirlərindən sonra Madrid hökuməti alyansa sadiqliyini bir daha bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə Europa Press agentliyi məlumat yayıb.
Tramp 9 oktyabrda çıxışı zamanı İspaniyanın hərbi xərclərinin Vaşinqtonun gözləntilərinə cavab vermədiyini bildirərək, ölkənin NATO-dan xaric edilə biləcəyini istisna etməyib. Buna cavab olaraq, İspaniya hökuməti "İspaniya NATO-nun tamhüquqlu və sadiq üzvüdür" açıqlamasını verib. Rəsmilər bildiriblər ki, Madrid müdafiə sahəsində hədəflərini ABŞ-la eyni səviyyədə yerinə yetirir və Trampın sözlərinə baxmayaraq, hökumət sakitliyini qoruyur. Baş nazir Pedro Sançes apreldə bəyan etmişdi ki, hökumət 2025-ci ilə qədər müdafiə və təhlükəsizlik xərclərini ÜDM-in 2 faizinə çatdırmağı planlaşdırır. Əvvəlcə bu hədəfin 2029-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulurdu. Qeyd edək ki, NATO-nun iyun ayında keçirilən sammitinin yekun kommünikesində alyans ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq barədə razılığa gəldiyi bildirilib. Bu rəqəmə 1,5 faiz müdafiə infrastrukturunun inkişafına yönəldiləcək və Ukraynaya hərbi təchizat da daxil ediləcək.