Finlandiya deputatları üçün yeraltı təlimlər keçiriləcək - ÖZƏL
10 Oktyabr 2025 11:25 DünyaFinlandiya parlamentinin üzvləri ilk dəfə yeraltı şəraitdə işləmək üzrə təlimlərdə iştirak edəcəklər. Təlimlərin noyabr ayında keçirilməsi planlaşdırılır. Olaylar.az xəbər verir ki, bu barədə deputat Paula Risikko "Uutissuomalainen" media qrupuna müsahibəsində məlumat verib. Risikkonun sözlərinə görə, belə hazırlığın keçirilməsinə ehtiyac milli təhlükəsizlik sahəsində dəyişən şəraitlə bağlı yaranıb. Təlimlər çərçivəsində deputatlar fövqəladə və hərbi vəziyyətlərdə davranış qaydalarını öyrənəcəklər. Deputat bildirib ki, bu istiqamətdə hazırlıq işləri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra ölkədə daha da gücləndirilib. Təlim zamanı parlament üzvləri təxliyə marşrutları ilə tanış olacaq və xüsusi mövzularda mühazirələr dinləyəcəklər.
Qeyd edək ki, Finlandiya parlamentinin zirzəmi hissəsində fövqəladə iclasların keçirilməsi üçün xüsusi zal mövcuddur.