BƏƏ-dən vergi yayınında ittiham olunan şəxs Qazaxıstana ekstradisiya olundu – ÖZƏL

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Qazaxıstana 293 milyon təngə məbləğində vergi ödəməkdən yayınmaqda ittiham olunan şəxs ekstradisiya edilib. 

Olaylar.az xəbər verir ki, məlumatı ArbatMedia yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs kommersiya şirkətinin direktoru olub və 2018-2020-ci illərdə korporativ vergi və əlavə dəyər vergisini ödəməkdən yayınmışdı.

Vergiləri ödəmədikdən sonra o, ölkədən qaçaraq bir ildən artıq müddətdə beynəlxalq axtarışda olub. 2025-ci ilin sentyabrında BƏƏ-də saxlanılaraq Qazaxıstanın tələbi ilə ekstradisiya edilib.

Təqsirləndirilən şəxsə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə və əmlakının müsadirəsi cəzası verilə bilər.

Qeyd olunur ki, cari ilin əvvəlindən BƏƏ-dən artıq doqquz nəfər axtarışda olan şəxs Qazaxıstana təhvil verilib. Daha əvvəl də Əktöbə vilayətindəki özəl şirkət direktorunun 2022-2023-cü illərdə icazəsiz neft satdığı üçün BƏƏ-dən ekstradisiya olunduğu bildirilmişdi.

Xatırladaq ki, Qazaxıstan və BƏƏ ekstradisiya sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31