Emomali Rəhmon Paşinyanla görüşdü

Tacikistan Prezidenti Emomali Rəhmon və Ermənistan Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Ticari-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsini müzakirə ediblər.

Bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Vurğulanıb ki, müqavilə-hüquq bazası mühüm sahələri əhatə edir və qarşılıqlı maraq doğuran sahələrdə tərəflərin potensialını reallaşdırmağa imkan verir.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT çərçivəsində qarşılıqlı əlaqə məsələləri üzrə fikir mübadiləsi aparılıb./Report.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31