Avropa Komissiyası: “Gürcü Arzusu”nun addımları Rusiya təbliğatına bənzəyir – ÖZƏL
10 Oktyabr 2025 09:51 DünyaOlaylar.az xəbər verir ki, Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Anita Hipper bəyan edib ki, "Gürcü Arzusu" partiyasının davranışları "Rusiya təbliğatının dərsliyindən ilham alıb".
Hipperin sözlərinə görə, partiyanın Qərbə yönəlik ittihamları və tənqidləri "represiv rejimin formalaşmasını gizlətmək üçün edilən ümidsiz cəhdlərdir".
"Əgər müxalifəti həbs etməli, müstəqil medianı təqib etməli, vətəndaş cəmiyyətinə qarşı yönəlməli və qanunları elə dəyişməlisən ki, hakim partiya üstünlük qazansın - bu, artıq demokratiya dili deyil," - deyə o bildirib.
Avropa Komissiyası rəsmisi əlavə edib ki, qurum zorakılığın bütün formalarını, eləcə də "Gürcü Arzusu" tərəfindən səsləndirilən söz hücumlarını qəti şəkildə pisləyir.