Norveç pilotsuz uçuş aparatlarına qarşı 150 milyon dollarlıq proqram başladır - ÖZƏL

Norveç Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə məqsədilə 150 milyon dollarlıq yeni proqram başladıb. Olaylar.az xəbər verir ki, buu barədə ölkənin quru qoşunlarının komandanı Lars Lervik məlumat verib. Onun sözlərinə görə, növbəti 10 il ərzində bu məqsədlə 1,5 milyard kron (təxminən 148,9 milyon dollar) ayrılacaq. Lervik bildirib ki, proqramın əsas məqsədi innovasiyaları davamlı şəkildə tətbiq etmək, yeni sistemləri sınaqdan keçirmək və zərurət yaranarsa, layihəni genişləndirməkdir.
Hazırda Norveç quru qoşunlarının istifadəsində üç müxtəlif PUA əleyhinə sistem var. Lakin Lervikin sözlərinə görə, hazırda bu sistemlər polis dəstəyi ilə fəaliyyət göstərir. Yeni layihə isə bu sistemlərin vahid idarəetmə altında birləşdirilməsini nəzərdə tutur ki, bu da "ən mühüm yenilik" hesab olunur.
Ölkənin müdafiə naziri Ture Sannvik isə bildirib ki, PUA-lara qarşı yeni fəaliyyət planı yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31