Qarşıdakı saatlar Qəzzada sülhün möhkəmlənməsi üçün həlledici olacaq - Makron

Qarşıdakı saatlar Qəzzada sülhün möhkəmlənməsi baxımından həlledici olacaq və bu məsələ ilə bağlı Parisdə keçirilən konfrans ABŞ təşəbbüsü ilə paralel şəkildə işləməyi hədəfləyir.

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Qeyd edək ki, Fransa Qərb və ərəb ölkələrinin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edir. Görüşdə döyüşlər dayandıqdan sonra Qəzza üçün beynəlxalq sülhməramlı missiyanın yaradılması və bərpa yardımı məsələləri müzakirə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31