Netanyahunun ofisi Nobel Sülh Mükafatının Trampa verilməsinə çağırış edib
9 Oktyabr 19:52 Dünyaİsrail Baş naziri Benyamin Netanyahunun ofisi Nobel Sülh Mükafatının ABŞ prezidenti Donald Trampa verilməsi çağırışı edib.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirin ofisinin "X" sosial şəbəkəsində paylaşdığı süni intellektlə hazırlanmış şəkildə, boynunda "Nobel Sülh Mükafatı" yazılı böyük medal asılmış Tramp və yanında Netanyahunun dayandığı görünür.
Paylaşımda belə yazılıb:
"Nobel Sülh Mükafatını Prezident Trampa verin, o buna layiqdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31