Ərdoğandan İsrail-HƏMAS razılaşmasına münasibət

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan İsraillə HƏMAS arasında əldə olunan atəşkəslə bağlı ilk qiymətləndirməni edib.

Olaylar.az xəbər verir ki, atəşkəs rejimini izləyəcəklərini açıqlayan prezident Ərdoğan "Razılaşmanın əldə edilməsində əhəmiyyətli dəstəyə görə qardaş ölkələrimiz Qətər və Misirə xüsusi təşəkkürümü bildirirəm. Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik" sözlərini deyib.

Prezident Ərdoğan da "X" hesabında Qəzzada atəşkəs razılaşmasının dəyərləndirilməsini yazıb:

"Türkiyə olaraq töhfə verdiyimiz Şarm əl-Şeyxdə keçirilən Həmas-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən çox məmnunam" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31