Netanyahu hökuməti iclasa çağırdı
14:10 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 9-u Bakı vaxtı ilə saat 17:00-da hökumət və ölkənin Təhlükəsizlik Kabinetini HƏMAS ilə razılaşmanı təsdiqləmək üçün yığmağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ilkin olaraq Təhlükəsizlik Kabinetinin iclası Bakı vaxtı ilə saat 15:00-a, hökumət iclası isə saat 16:00-a təyin olunmuşdu. Sonradan qərar qəbul olunub ki, hər iki iclas saat 17:00-a keçirilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31