İsrail saxladığı türk deputatları deportasiya edir
13:57 Dünyaİsrail əsgərlərinin saxladığı "Azadlıq donanması"na aid gəmilərdəki Türkiyənin üç deputatı oktyabrın 9-da vətənə qayıdacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi aşağıdakı bəyanatı yayıb:
"Azadlıq Donanması" qayıqlarında olan üç millət vəkilimiz dünən axşam (8 oktyabr) Aşdod limanında endikdən sonra Tel-Əvivdəki Ben Qurion hava limanına gətirilib" .
Qeyd olunur ki, İsrail əsgərləri tərəfindən saxlanılan 3 türk deputat hava limanında üçüncü ölkəyə deportasiya olunmalarını gözləyir. Deportasiya nöqtəsi bəlli deyil. Deputatların diplomatlarla əlaqə saxlamasına icazə verilmir və onların deportasiya məntəqəsinin yeri məlum deyil./Milli.az/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31