ABŞ HƏMAS-ın istifadə etdiyi Çin dronlarına qarşı sanksiya tətbiq edib
21:01 DünyaABŞ Ticarət Nazirliyi HƏMAS və husilərin istifadə etdiyi pilotsuz uçuş aparatlarına (PUA) elektron komponentlər tədarük etdiyinə görə 15 Çin şirkətini "qara siyahı"ya daxil edib.
Bu detalların bir hissəsi 2023-cü il 7 oktyabrda İsrailə edilən hücum zamanı istifadə olunan dronlarda aşkar edilib. Həmin hücum nəticəsində təxminən 1 200 nəfər həlak olmuşdu.
Ümumilikdə "qara siyahı" 29 təşkilata qədər genişləndirilib, siyahıya Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər də daxildir.
Bu şirkətlərə ABŞ texnologiyalarının ixracı xüsusi lisenziya olmadan qadağan edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31