72 yaşlı pensiyaçı Paşinyana təhdid ittihamı ilə məhkəmə qarşısına çıxarıldı

İrəvanda növbəti dəfə baş nazir Nikol Paşinyana qarşı təhdid səsləndirdiyi iddia edilən şəxs barəsində cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, vəkil Armen Andrikyanın sözlərinə görə, ABŞ vətəndaşı, 72 yaşlı Rafayel Sarkisyan mitinq günü Samvel Karapetyana dəstək aksiyası keçirilən əraziyə yaxınlaşaraq yerli jurnalistlərdən birinə belə deyib:

"Nikolun yaxasından yapışmaq üçün bəhanə axtarıram, tapanda boğazını buracam."

Vəkil bildirib ki, Sarkisyan mitinqdə iştirak etməyib, sadəcə maraq naminə aksiyanın yaxınlığında dayanıb.

Ermənistan İstintaq Komitəsi pensiyaçı barəsində mitinqdən bir gün sonra cinayət işi açıb. Məhkəmə prosesi hələ başlamayıb.

Müdafiə tərəfi ABŞ vətəndaşı olduğu üçün ABŞ səfirliyinə müraciət edərək diplomatik dəstək istədiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31