Suriyaya qarşı bütün sanksiyalar ləğv olunmalıdır - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq ictimaiyyəti Suriyaya qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırıb və Dəməşq rəhbərliyinin beynəlxalq öhdəliklərini yerinə yetirdiyini bildirib.

Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

"Necə ki, Suriya beynəlxalq ictimaiyyətin ondan tələb etdiyi öhdəlikləri yerinə yetirir, beynəlxalq ictimaiyyət də Suriyaya qarşı öz öhdəliklərini yerinə yetirməlidir. Suriya və onun nümayəndələrinə qarşı bütün sanksiyalar ləğv olunmalıdır," - deyə Fidan vurğulayıb.

Nazir, bölgə ölkələrinin yeni Suriya rəhbərliyinə verdiyi tövsiyələrin nəticə verdiyini və Şara hökumətinin atdığı müsbət addımlardan məmnun olduqlarını qeyd edib.

Hakan Fidan Suriya ərazisində təhlükə yaradan hər hansı bir qrupun Türkiyə üçün də təhdid təşkil etdiyini xüsusi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31