Kolumbiya Prezidenti: Ukraynada kolumbiyalılar top yemi kimi istifadə olunur - ÖZƏL
20:31 DünyaKolumbiya Prezidenti Gustavo Petro bildirib ki, Ukraynada kolumbiyalı muzdlu hərbçilərə "aşağı irqdən olan şəxslər" kimi yanaşılır.
"Ukraynalılar kolumbiyalılara aşağı irqdən olan şəxslər kimi davranırlar", - o, "X" sosial şəbəkəsində yazıb.
Olaylar xəbər verir ki, Petro həmçinin Kolumbiyalı muzdlu hərbçiləri " dərhal öz ölkələrinə qayıtmağa" çağırıb, onları top yemi kimi istifadə edən Miami şirkətlərinə yönəltdiklərini vurğulayıb.
Qeyd edək ki, əvvəlcə Semana jurnalı video yayıb. Videoda Ukrayna Silahlı Qüvvələri tərəfində muzdlu olaraq döyüşən kolumbiyalılar prezidentdən Ukraynadan xilas edilmələrini xahiş edirlər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31