Filippo: Makronun impiçmenti təklifi rədd edilməsi “dəhşətlidir” - ÖZƏL
19:44 DünyaFransanın "Patriotlar" partiyasının lideri Florian Filippo Fransa Milli Assambleyasının bürosunun prezident Emmanuel Makronun impiçmenti barədə təklifi rədd etməsini "dəhşətli" adlandırıb.
"Dəhşətlidir! Yalnız indi Milli Assambleyada Makronun impiçmenti təklifi rədd edildi", - o, "X" sosial şəbəkəsində yazıb.
Olaylar xəbər verir ki, Filipponun sözlərinə görə bu qərar "Milli Birlik" partiyasının beş üzvünün bitərəf qalmaları səbəbindən qəbul olunub.
Qeyd edək ki, əvvəlcə Le Figaro qəzeti xəbər vermişdi ki, Fransa Milli Assambleyasının bürosu Makronun impiçmenti təklifini rədd edib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31