Azərbaycanla sərhəd bölgə qaranlığa qərq ola bilər
19:36 DünyaRusiyanın Dağıstan bölgəsi yaxın aylarda enerji çatışmazlığı riski ilə qarşılaşa bilər.
Bu barədə "Sistem operatoru"nun İdarə Heyətinin sədri Fedor Opadçi Federal Antinhisar Xidmətinin tarif konfransında bildirib.
Opadçinin sözlərinə görə, hazırda yeni enerji defisiti Dağıstanın Kaspiy bölgəsində müşahidə olunur:
"Çətin regiondur, çünki faktiki artım əsasən kommersiya itkiləri ilə bağlıdır."
Ekspertlər qeyd edirlər ki, Dağıstan elektrik enerjisi şəbəkəsindəki qanunsuz qoşulmalar və itkilər səbəbindən uzun müddətdir risk altında idi. İndi bu vəziyyət sistem səviyyəsində də təsdiqlənib.
O bildirib ki, oxşar vəziyyət Sibirdə də yaranıb. (Modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31